Dünya
Ukrayna müxalifəti inzibati binaları boşaldır
Ukrayna müxalifətinin tərəfdarları bundan əvvəl zəbt etdikləri şəhər administrasiyalarının binalarını boşaltmağa və Kiyevin mərkəzi Qruşevski küçəsində quraşdırdıqları barrikadaları sökməyə başlayıblar.
Fevralın 17-dək hökumət binalarının azad edilməsi və küçələrin
mühasirəsinin aradan qaldırılması Ukraynada kütləvi iğtişaşların
iştirakçılarına münasibətdə qüvvəyə minmiş amnistiya haqqında
qanunun əsas şərtidir.
Müxalif "Batkivşina" partiyasından Radanın xalq deputatı Arsen
Avakov öz "facebook" səhifəsində yazıb ki, müxalifət tərəfdarları
bazar gününə keçən gecə Ternopol, İvano-Frankovsk, Lvov və Poltava
şəhər administrasiyalarının binalarını boşaldıblar, bu gün isə
dekabrın 1-də zəbt edilmiş Kiyev şəhər administrasiyasının
binasının azad edilməsi planlaşdırılır.
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında
Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə
açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə
keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə
orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar
nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və
avrointeqrasiyanın davam etdirilməsini tələb edir.
Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir
vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən,
Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin
səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra
edir.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO