Dünya
Putin: Ukraynada böhranın səbəbkarı...
Ukrayna böhranı ABŞ və onun müttəfiqlərinin fəaliyyətinin nəticəsidir.
Publika.az xəbər verir ki, bunu Misirin "Əl-Əhram" qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Ukrayna böhranı Rusiyanın günahı ucabatından meydana çıxmayıb. O, ABŞ və onun Qərb müttəfiqlərinin özlərini soyuq müharibənin” “qalibi” hiss edərək hər yerdə öz iradələrini sırımaq cəhdlərinin nəticəsidir. Biz gördük ki, NATO infrastrukturu Rusiya sərhədlərinə get-gedə daha çox yaxınlaşır və Rusiyanın maraqları nəzərə alınmır”, - Putin əlavə edib.
Putin deyib ki, ABŞ və onun Qərb müttəfiqlərinə Ukraynanın daxili işlərinə qarışmağın fəlakətlə nəticələnəcəyi barədə dəfələrlə xəbərdar olunsa da, əhəmiyyət verməyiblər.
Vladimir Putin deyib ki, Ukraynada böhranın nizamlanması Minsk razılaşması əsasında sülh yolu ilə həyata keçirilməlidir. Bununla yanaşı, perzident Putin düşünür ki, sabitləşmənin əsas şərti Ukrayna qüvvələrinin atəşi dayandırmasıdır.
"Vəziyyətin sabitləşdirilməsi üçün ən əsas şərt atəşin kəsilıməsi, sözdə antiterror, mahiyyətcə isə cəza xarakteri daşıyan əməliyyatın dərhal dayandırılmasıdır,” – Putin bildirib.
Putinin sözlərinə görə, Kiyevin Donbassa iqtisadi təzyiq etmək cəhdləri vəziyyəti mürəkkəbləşdirir. Bu yol böyük fəlakətlə nəticələnəcək çıxılmaz vəziyyətə aparır. Böhran ukraynalılar öz aralarında razılığa gələnədək, radikalizm və millətçiliyin hökmranlığına son qoyulana qədər davam edəcək.
“Kiyevdəki hakimiyyətin öz xalqını eşitməsi, ölkənin bütün siyasi qüvvələri və regionları ilə razılığa gəlməsi vacibdir. Elə bir konstitusiya quruluşu işlənib hazırlanmalıdır ki, bütün vətəndaşlar təhlükəsiz və rahat yaşaya bilsinlər və insan hüquqlarına tam əməl olunsun,” - deyə Putin vurğulayıb.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO