Dünya
Yüzilliyin cinayəti: hakerlər banklardan 1 milyard dollar oğurladılar - ŞOK
Kibercinayətkarlar bütün dünyada banklardan 1 milyard dollara qədər pul oğurlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Kasperski laboratoriyası” şirkətinin “Avropol” və “İnterpol” ilə apardığı birgə təhqiqatın yekunları üzrə məlumatında deyilir.
Haker hücumunun iki il ərzində davam etdiyi müəyyənləşdirilib. “Carbanak” haker qrupu dünyanın, demək olar ki, 30 ölkəsində təxminən 100 bank, ödəmə sistemi və digər maliyyə təşkilatlarına hücumu edib. Bu ölkələr arasında Rusiya, ABŞ, Almaniya, Çin, Ukrayna, Kanada, Honkonq, Tayvan, Rumıniya, Fransa, İspaniya, Norveç, Hindistan, Böyük Britaniya, Polşa, Pakistan, Nepal, Mərakeş, İslandiya, İrlandiya, Çexiya, İsveçrə, Braziliya, Bolqarıstan, Avstraliya kimi ölkələr var.
Ekspertlər müəyyən ediblər ki, daha çox məbləğ bank şəbəkəsinə müdaxilə prosesi zamanı oğurlanıb. Belə ki, hər müdaxilədə kibercinayətkarlar 10 milyon dollaradək pul oğurlaya biliblər. Hakerlər bir bank oğurluğu üçün korporativ şəbəkədə ilk kompüterin virusa yoluxdurulmasından pulların oğurlanmasınadək orta hesabla 2-4 ay vaxt sərf ediblər. Pulun çıxarılması onlayn ödəmə sistemləri vasitəsilə edilib.
Saxta hesablar Çin və ABŞ-ın banklarında açılıb. Ancaq ekspertlər kibercinayətkarların başqa ölkələrin banklarında da oğurlanmış pulu saxlaya biləcəyini istisna etmirlər.
Ömər Dağlı
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI