ABŞ seçkiləri Maskın biznes imperiyasına baha başa gəldi - 456 milyard dollar itirdi
Bizi izləyin

Dünya

ABŞ seçkiləri Maskın biznes imperiyasına baha başa gəldi - 456 milyard dollar itirdi

ABŞ seçkiləri Maskın biznes imperiyasına baha başa gəldi - 456 milyard dollar itirdi

ABŞ-da keçirilən aralıq seçkilərdən sonra İlon Maskın sahibi olduğu “Tesla” və “SpaceX” şirkətlərinin bazar dəyərində ciddi azalma qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Demokratların Konqresdə nəzarəti ələ keçirməsi şirkətlərin daha ciddi yoxlamalara və mümkün araşdırmalara məruz qala biləcəyi ilə bağlı narahatlıqları artırıb. Bu isə investorların risk gözləntilərinə təsir göstərib.

Nəticədə “Tesla” səhmləri təxminən 11 faiz, “SpaceX”-in dəyəri isə 9 faiz ucuzlaşıb.

Məlumata görə, iki şirkətin ümumi bazar dəyərindəki itki çərşənbə axşamından cümə axşamına qədər təxminən 456 milyard dollara çatıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm