Əsəd Hələbdə ağır zərbə aldı: 195 ölü
Bizi izləyin

Dünya

Əsəd Hələbdə ağır zərbə aldı: 195 ölü

Suriyanın Hələb vilayəti uğrunda gedən döyüşlərdə hökumət qüvvələri böyük itki verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müxalifətin Dəməşq Cəbhəsinə bağlı birliklər Hələbin şimalında Bəşər Əsədin 195 əsgərini öldürüb.

Dəməşq Cəbhəsinə bağlı İslami Cəbhənin sözçülərindən olan Saleh Anadanı “Hizbullah”, həmçinin İran, İraq və Əfqanıstandan rejimi dəstəkləmək üçün Suriyaya gələn güclərin Hələbin şimalında bəzi bölgələri ələ keçirməsindən sonra şiddətli qarşıdurmaların baş verdiyini söyləyib. O, Əsəd güclərinin ələ keçirdiyi ərazilər üzərində nəzarətin yenidən təmin edildiyini bildirib.

Daha əvvəl isə Dəməşq Cəbhəsinin səhra komandiri Əbu Ubeyde Hələbin şimalındakı Melah bölgəsində baş verən qarşıdurmalarda Əsədin 150 əsgərinin öldürüldüyünü açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm