Qatil Nemtsovu bir ay təqib edib
Bizi izləyin

Dünya

Qatil Nemtsovu bir ay təqib edib

Rusiyanın müxalifət siyasətçisi Boris Nemtsovun qətlini araşdıran istintaqçılar qatillərin siyasətçini tam bir ay izlədiyini müəyyənləşdiriblər.

Publika.az-ın REN TV televiziya kanalının saytına istinadən verdiyi məlumata görə, istintaqçılar buna “Potok” elektron sistemi vasitəsilə nail olublar.

Polis əməkdaşları və müstəntiqləri müəyyən edib ki, Ukrayna istehsalı olan “ZAZ Chance” dörd həftə boyunca Nemtsovun olduğu yerlərdə peyda olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, tədqiqatçılar siyasətçinin qətlində iştirakı güman edilən bir qrup şəxsi müəyyənləşdirə biliblər. Telekanalın həmsöhbəti həmçinin qeyd edib ki, rezonans doğuran cinayət üçün cənub regionlarının sakinlərini axtarırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm