Poroşenko: “Ukraynaya sülh hava kimi lazımdır”
Bizi izləyin

Dünya

Poroşenko: “Ukraynaya sülh hava kimi lazımdır”

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, ölkəsi azadlıq və müstəqilliyini qoruyacaq, amma sülh uğrunda da mübarizə aparacaq.

Publika.az xəbər verir ki, bu barədə "Интерфакс" məlumat yayıb.

“Sülh Ukraynaya hava kimi lazımdır. Biz sülhsevər xalqıq, amma öz dövlətimiz, müstəqilliyimiz, azadlığımız və demokratiya uğrunda mübarizə aparacağıq. Bununla belə, biz sülhə nail olmağa çalışacağıq”, - dövlət başçısı bildirib.

Poroşenko həmçinin qeyd edib ki, hazırda Ukraynada fikir azadlığının olması ölkənin qazandığı ən böyük nailiyyətdir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm