Dünya
ABŞ - Kuba danışıqlarının növbəti raundu sona çatıb
ABŞ və Kiba diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların üçüncü raundunu başa çatdırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, tərəflərin müzakirə etdiyi məsələlərlə bağlı detallar açıqlanmayıb.
Kuba Xarici İşlər nazirliyinin bəyanatında danışıqların bir gün ərzində sona çatdığı deyilir. Bəyanatda bildirilir ki, hər iki tərəf prosesin bir hissəsi olaraq gələcəkdə əlaqə saxlamaq haqda razılıq əldə edib.
ABŞ tərəfi də hələlik danışıqlar haqda bir söz deməyib. ABŞ Dövlət Departamentini sözçüsü Cen Psaki deyib ki, diplomatlar intensiv danışıqlar aparıb nəticə əldə etməyə çalışır.
Danışıqlar Birləşmiş Ştatlar və Kubanın ən yaxın müttəfiqi olan Venesuela arasında gərginliyin artdığı bir vaxt aparılır. ABŞ rəsmilərinin bildirdiyinə görə, məsələ Kuba ilə danışıqlara təsir göstərməməlidir.
Qeyd edək ki, ABŞ-ın Latın Amerikası ölkələri üzrə nümayəndəsi Roberta Cakobson və Kubanın ABŞ-la əlaqələr üsrə baş diplomatı Cozefina Vidal danışıqlar aparmaq üçün bazar ertəsi Havanada görüşüb.
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi