Dünya
Peskov Rusiyanın Krıma görə nüvə hədəsinə aydınlıq gətirdi
Rusiya Krımın müdafiəsi üçün Qərbi nüvə silahı ilə hədələməyib
Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Bu, ölkəmizin məkrləşdirilməsi üzrə davam edən klassik isteriya nümunəsidir. Əslində informasiya baxımından özləri, heç bir konkret məlumatı rəhbər tutmayaraq, vəziyyəti qızışdırır, sonra isə özləri də öz yazdıqlarından qorxurlar”, - İnterfaks agentliyi Peskovu iqtibas edir.
Cümə axşamı Britaniyada çıxan Times qəzetinin bütöv bir üzü bu mövzuya həsr olunub. Qəzetin öz mənbələrinə məlum olan informasiyaya əsasən, martın ortalarında Almaniyada Rusiya və Amerika kəşfiyyatçılarının görüşü olub, və həmin görüş zamanı Rusiya tərəfi Qərb ölkələrini açıq təhdid edib. Dərgiyə həmin görüş əsnasında Rusiya nümayəndə heyəti tərəfindən Qərb ünvanına bir sıra açıq təhdid söylənildiyi məlum olub.
Qəzet görüşdən qabaq Rusiya nümayəndə heyəti üzvlərinə xarici işlər naziri Sergey Lavrov tərəfindən təlimat verildiyini təkid edir, buna görə onların dediklərinə son dərəcə ciddi yanaşmağı tövsiyə edir.
Krımın ilhaqı zamanı Qərb ölkələri tərəfindən silahlı qarşıdurma halında nüvə silahının istifadə edilməsi ehtimalı haqqında KİV-lər Andrey Kondraşovun Rusiya prezidentinin də çəkildiyi “Krım. Vətənə yol” filmin “Rossiya 1” telekanalında nümayişindən sonra da yazıblar.
“Biz bunu etməyə hazır idik [nüvə qüvvələrini döyüş hazırlığına gətirməyə]. Mən isə [qərb] həmkarlarımızla söhbət edib onlara demişəm ki, ora [Krım] bizim tarixi ərazimizdir, orada ruslar yaşayır, onlar təhlükəyə düçar olub, biz onları ata bilmərik”, - Rusiya Dövlət Radio və Televiziya Şirkəti Putindən sitat gətirirdi.
Peskovun sözlərinə görə, Krım haqqında filmi “müxtəlif tərzdə təfsir edirlər, lakin bununla belə, heç olmasa o və ya bu hissəyə yenidən baxmaq ya da mətni bir də oxumaq üçün özlərinə zəhmət vermək istəmirlər”.
“Orada heç nəyi təfsir etmək də lazım deyil, sadəcə ilk mənbəyə, yəni, prezidentin sözlərinə diqqət yetirmək lazımdır”, - Peskovun bəyanatında deyilir.
-
Rəsmi xronika11:00
Prezident və ailəsi Zəfər parkının açılışında iştirak etdi
-
Sosial10:41
COP günlərində taksi fəaliyyəti: "Qaçaq xidmətçi"lər risk edəcəklər?
-
Ekologiya10:00
Ətraf mühiti ən çox çirkləndirənlər ulduzlar imiş - ŞOK ARAŞDIRMA
-
Region09:12
Türkiyəli fermer Azərbaycanın Zəfər Gününü belə TƏBRİK ETDİ - FOTO/VİDEO
-
Səhiyyə08:12
Belə qidalar Altsheymer və xərçəng riski yaradır - Professordan XƏBƏRDARLIQ
-
İdman07:30
“Qarabağ”ın futbolçularından təqdirəlayiq hərəkət - VİDEO
-
Magazin206:26
Qala gecəsində 100 karatlıq brilyantla GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin105:25
“Əziyyətimizi çox pis şəkildə yerə vururlar”