Dünya
Ərdoğan İrana səfərə getdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İrana rəsmi səfərə gedib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın Tehranda İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyi və prezident Həsən Ruhani ilə görüşü nəzərdə tutulub.
Dövlət başçısı səviyyəsində 4 il fasilədən sonra həyata keçirilən səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək. Dövlət liderlərinin görüşündə ölkələr arasındakı ikitərəfli münasibətlər, həmçinin Yəmən, İraq və Suriya mövzuları müzakirə olunacaq. Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətində 6 nazir təmsil olunur.
Qeyd edək ki, Türkiyə prezidentinin Tehrana səfəri ərəfəsində İranda Ərdoğanın gəlişinə parlament sədri və deputatlar səviyyəsində etirazlar olub. Etirazlara səbəb isə Türkiyə prezidentinin Yaxın Şərqdəki münaqişələrlə bağlı Tehranın mövqeyini tənqid etməsi olub.
Ömər Dağlı
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI