Dünya
Sabah 130 min məsciddə ermənilər lənətlənəcək
Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca dünyanın bir sıra ölkələrində bu faciə qurbanları yad edilir, onların ruhuna dualar oxunur.
Hadisəni törədən, buna rəvac verən şəxslər və dövlətlər isə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır, onların cəzalandırılması üçün tələblər irəli sürülür.
İslam hümmətinin çoxluq təşkil etdiyi ölkələrdə isə bu faciəli
tarix din xadimlərinin iştirakı ilə keçirilən mərasimlərlə anılır.
Həmin mərasimlərdə şəhidlərin ruhuna taziyə verilir.
Əhalisinin sayına görə, dünyanın ən böyük müsəlman ölkəsi olan
İndoneziyada isə Xocalı soyqırımının 22-ci anım tarixi möhtəşəmliyi
ilə əsl diqqətəlayiqdir.
Azərbaycanın İndoneziyadakı səfirliyindən AzNews.az-a verilən
məlumata görə, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə çıxış
edən səfir Tamerlan Qarayev və 80 milyon üzvü
olan, dünyanın ən böyük ictimai təşkilatı “Nahdlatul Ulama”
müsəlman dini qurumunun sədri, professor Aqil
Sirac bəyan ediblər ki, bu il fevralın 26-da İndoneziyanın
130 min məscidində “Qazi Qarabağ azanı” səsləndiriləcək. Bundan
başqa Qarabağı işğal edən və Xocalı soyqırımını törədən ermənilər
həmin məscidlərin imamlarının xütbələrində lənətlənəcək.
Xatırladaq ki, “Qazi Qarabağ azanı” Qarabağ müharibəsi dövründə
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından
əvvəl Ağdam və Şuşadakı “Cümə” məscidlərində Hafiz Sədrzadə
səsləndirmiş və lentə köçürülmüşdü.
20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəbhə bölgəsində səsləndirilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmişdi. 2013-cü ilin fevralın 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən “Cümşüd” məscidində keçirilən mitinqdə səsləndirilmişdi.
Bu tədbir Xocalı soyqırımının ildönümü ərəfəsində Dövlət Komitəsinin təşəbbüsü, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyası çərçivəsində keçirilmişdi.
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI