Dünya
1500 ada su altında qalacaq - Fəlakət
Qlobal istiləşmə səbəbindən İndoneziyadakı adaların bir qismi sular altında qalacaq.
Aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər adalar ölkəsi olan
İndoneziyaya aid 1500 adanın sular altında qalacağı bildirilir.
Qeyd edək ki, İndoneziya 17 min 500 adadan ibarətdir. Bu adaların təxminən 6 minində yaşayış var. Ancaq adaların bir qismi qlobal istiləşmə səbəbindən önümüzdəki 30-40 il içində sular altında qalacaq. Təxminən 250 milyon əhalisi olan İndoneziyada sakinləri beşdə biri sahillərdən yalnız 3 kilometr uzaqda məskunlaşıb. Bu vəziyyətdə su səviyyəsinin yüksəlməsi insanların məskunlaşdığı sahələrə ciddi mənada təhlükə yaradır.
Sinqapurdakı bir universitetin araşdırmasına görə , İndoneziyanın
paytaxtı Cakartadakı Sokarno - Hətta Beynəlxalq Hava limanı 2030-cu
ilə qədər okeanın altına qalacaq. 2050-ci ilə qədər isə 1500-dən
çox ada xəritədən silinəcək. Adaların sular altında qalması eyni
zamanda dənizdəki ekosistemə də ağır zərbə vuracaq. Çünki torpaqlar
su altında qalınca sudakı turşu səviyyəsi yüksələcək, bəzi dəniz
canlıları yaşaya bilməyəcək və balıq istehsalı ciddi şəkildə
azalacaq. /AzNews.az
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO