Dünya
Ukrayna çeçenləri Kadırovun cavabını verdi
Ukraynada yaşayan çeçenlər Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Krımla bağlı hədələyici bəyanatına cavab verib.
Publika.Az –ın “Gordonua.com”a istinadən verdiyi xəbərə görə, Ukraynadakı çeçen diasporunun rəhbəri Salman Sadayev onların bu ölkədə heç bir təhlükə hiss etmədiklərini bildirib.
“Biz Ukraynada heç bir təhlükə hiss etmirik. Ukraynadakı çeçen biznesmenlərinin təqib edilməsi ilə bağlı məlumatlar reallığı əks etdirmir. Bu barədə bizə heç kim müraciət etməyib.
Biz Ukraynadakı hadisələrə qarışmamağa və siyasi vəziyyəti şərh etməməyə qərar vermişik”, - A.Sadayev deyib.
Qeyd edək ki, Çeçenistan Respublikasının prezidenti Ukraynanın suverenliyini təhdid edən hədələyici açıqlamalar verib. R.Kadırov Krımı müdafiə etməyə hazır olduğunu bəyan edib.
Ukrayna və rus xalqının qardaş olduğunu deyən R.Kadırov bildirib ki, çeçen xalqı Krımda yaşayan rusları və kazakları müdafiə etməyə hazırdır.
“Mənim Ukraynada çoxlu dostlarım var. Onların hamısını çox istəyirəm. Bu ölkədə baş verən son hadisələrə görə, təəssüf edirəm. Bu gün Krımda əhalinin əksəriyyəti ruslar və kazaklardır.
Biz həmişə onlarla birlikdə olacağıq. Dünyanın istənilən yerində yaşayan rus, kazak və çeçenləri müdafiə edə bilərik. Ehtiyac olsa könüllülərimiz rus və kazaklara kömək etmək üçün Krımda döyüşməyə hazırdır”, - R.Kadırov söyləmişdi.
Ömər Dağlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ