Dünya
Amerikalı müsəlmanlardan Obamaya 24 aprel xəbərdarlığı
ABŞ-ın nüfuzlu 8 müsəlman qeyri-hökumət təşkilatının təmsil olunduğu ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) prezident Barak Obamaya 24 aprellə bağlı xəbərdarlıq edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, USCMO-nun açıqladığı bəyanatda müsəlman cəmiyyətinin ermənilərin ağrılarını paylaşdığı, lakin eyni zamanda 4 illik Birinci Dünya müharibəsində 37 milyondan çox adamın öldüyü xatırlanıb.
ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı 24 aprel çıxışına hesablanan bəyanatda qeyd edilir ki, ermənilərin başına gələn faciə barədə dini və siyasi liderlərin şərhləri balanslı olmalı, müsəlman və türklərin çəkdiyi ağrılar da tanınmalıdır. Qeyd edilir ki, 1915-ci il hadisələrinin müstəqil tarixçilər tərəfindən araşdırılmadan bir “soyqırım” olaraq qəbul edilməsi türklər və ermənilər arasındakı barışıq səylərinə də böyük zərər verəcək.
“Soyqırım sözünün təktərəfli istifadə edilməsi əhəmiyyətli müttəfiqlərimizdən olan Türkiyəni bizdən üzaqlaşdıracaq. Buna görə də narahatlıq keçiririk” deyən Şura Türkiyənin İŞİD-ə qarşı mübarizədə ABŞ-la əməkdaşlığına və suriyalı qaçqınlara etdiyi yardımlara diqqət çəkib.
“1915-ci ildə həyatını itirən ermənilərə görə kədərlənirik. Amma müsəlman amerikalılar olaraq Barak Obamadan 1915-ci il hadisələrini Türkiyə-ABŞ strateji əlaqələrinə zərər verməyəcək bir şəkildə şərh etməsini gözləyirik”, - bəyanatda deyilir.
Ömər Dağlı
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO