Dünya
Türkiyəyə 21, Ermənistana 4 lider gedir - SİYAHI
Türkiyədə aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə keçiriləcək anım mərasimlərinə 21 ölkənin prezidenti, 3 ölkənin vitse-prezidenti, 5 ölkənin baş naziri və 2 ölkənin parlament sədri qatılacaq.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, anım mərasimləri 23-25 aprel tarixlərində baş tutacaq. 24 apreldə Çanaqqaladakı anma mərasimlərində qonaqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
Mərasimlərə İngiltərə şahzadəsi Çarlzın oğlu ilə birgə qatılacağı gözlənilir. Rusiya və Əlcəzairi isə parlament sədrləri təmsil edəcək. Mərasimlərə Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Cibuti, Çad, Cənubi Sudan, İraq, İngiltərə, İrlandiya, Çernoqoriya, Qətər, KKTC, Kosova, Makedoniya, Mali, Niger, Pakistan, Seneqal, Sloveniya, Somali və Türkmənistanın prezidentləri qatılacaq.
Əfqanıstan, Qambiya və Zambiya isə vitse-prezidentlər səviyyəsində təmsil olunacaqlar.
Avstraliya, Yeni Zelandiya, Moldova və Rumıniyanı baş nazirlər təmsil edəcək. Suriya Milli Koalisiyasının rəhbəri Xalid Xoca da qonaqlar arasındadır.
Bəhreyn, Fransa, Qabon, Qana, Qvineya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Gürcüstan, Xorvatiya, Hindistan, İraq, Litva, Livan, Kanada, Monqolustan, Mavritaniya, Mozambik, Sinqapur, Tacikistan, Tunis və Vyetnamı bu ölkələrin nazirləri təmsil edəcək.
Türkiyə və Ermənistan bir-birini dəvət etsələr də, iki ölkədən mərasimlərdə iştirak edən olmayacaq. ABŞ-ın Ankara və İrəvandakı mərasimlərə hansı səviyyədə qatılacağı hələ dəqiqləşməyib.
Bir müddət öncə Vatikanı Çanaqqalada Kardinal Peter Kodvonun təmsil edəcəyi bildirilsə də, o, xəstələndiyi üçün mərasimlərə gələ bilməyəcək.
Qeyd edək ki, eyni gündə İrəvanda qondarma soyqırımla bağlı baş tutacaq anım mərasimlərinə sadəcə 4 ölkənin lideri qatılacaq.
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI