Dünya
Zəlzələ qurbanlarının sayı 2352 nəfəri keçdi
Nepalda zəlzələ qurbanlarının sayı artmaqda davam edir.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 2352 nəfər həlak
olub, 6239 nəfər yaralanıb.
Bu barədə Nepal polisinin rəsmi nümayəndəsi Kamal Siqx Ban məlumatı
verib.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda Rixter
cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların
episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə, yerin 10
kilometr dərinliyində qeydə alınıb. Sonradan 4 baldan 6,9 baladək
daha bir neçə zəlzələ olub.
Yeraltı təkanlar Hindistanın şimal-şərq ştatlarında, Banqladeş və
Myanmada da hiss edilib. Hindistanda həlak olanların sayı 50 nəfəri
ötüb.
Everestin cənub yamacında Nepaldakı zəlzələnin təsirindən yaranan
qar uçqununun alpinistlərin baza düşərgəsini dağıtması nəticəsində
ölənlərin sayı da artmaqdadır. Bazar günü səhər qar altından 65,
bir qədər əvvəl isə daha 19 nəfərin cəsədi çıxarılıb. Beləliklə,
burada həlak olanların sayı 80 nəfəri keçib.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ