UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
Bizi izləyin

İdman

UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"

UFC Mütləq Döyüş Çempionatının debütantı Maurisio Ruffi Ceymi Mullarkini məğlub etdikdən sonra sosial şəbəkələrdə rusiyalı İslam Mahaçova müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

“İslam Mahaçova mesajım var. Bacardığınız müddətdə zirvədə olmaqdan həzz alın. Dostunu döydüyüm üçün əsəbləşdiyini bilirəm. Yeni kral gəlir”, - Ruffi yazıb.

Ruffi ilk raundda Mullarkini texniki nokautla məğlub edib. Ruffinin qarışıq döyüş sənətlərində on qələbəsi və bir məğlubiyyəti var.

2022-ci ilin oktyabrında Mahaçev braziliyalı Çarlz Oliveyranı məğlub edərək yüngül çəkidə titul qazanıb.

12 fevral 2023-cü ildə Mahaçov UFC-284 turnirində beş raunddan sonra yekdil qərarla Aleks Volkanovskini məğlub etdi. Bu, ruslar üçün ilk titul müdafiəsi idi.

21 oktyabr 2023-cü ildə Mahaçov Abu Dabidə "UFC 294" turnirində axşamın əsas döyüşündə avstraliyalı Aleks Volkanovski üzərində erkən qələbə qazanıb. Rusiyalı rəqibini ilk raundda nokautla məğlub edib və ikinci dəfə titulunu qoruyub. Döyüş üçün Mahaçov "axşamın ən yaxşı çıxışı" mükafatını alıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm