BMT Qəzza zolağında tammiqyaslı aclıq ELAN ETDİ
Bizi izləyin

Yaxın Şərq

BMT Qəzza zolağında tammiqyaslı aclıq ELAN ETDİ

BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Sindi Makkeyn Qəzza zolağında tammiqyaslı aclığın başladığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə mayın 5-də TASS məlumat yayıb.

Təşkilatın məlumatına görə, artıq anklavın şimal hissəsində tammiqyaslı aclıq başlayıb, cənubda isə vəziyyət sürətlə pisləşir.

Qəzza zolağının şimal hissəsində artıq qıtlıq yaranıb, cənub hissəsində də vəziyyət pisləşməyə başlayıb" - Makkeyn bildirib.

O qeyd edib ki, aclıq hər dəfə genişmiqyaslı qarşıdurma başlayanda baş verir və döyüşə çevrilir.

Qeydb edək ki, mayın 5-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağı ilə sərhədin cənub-şərq hissəsində, anklav sakinləri üçün humanitar yardım aparan yük maşınlarının keçdiyi Kerem Şalom keçid məntəqəsini bağlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm