Dünya
Kiyevdən Kremlə mesaj: “Avropadan silah alırıq”
Ukrayna Avropa Birliyi ölkələrindən silah alır.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə ICTV telekanalının efirində Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeri Çalıy bildirib.
Onun sözlərinə görə, bunun bütün detallarını aça bilməz: “Bu barədə, ümumiyyətlə, çox danışmamaq daha yaxşıdır. Biz açıqlaya bilmərik ki, hansı ölkələrdən hansı silahları alırıq. Amma deyə bilərəm ki, bu var. Kiyev istəyərdi ki, hərbi-texniki sahədə daha aktiv olsun”.
Ukrayna prezidenti Pyotr Poroşenko hələ martın ortalarında bildirib ki, Kiyev Avropa Birliyi ölkələri ilə hücum silahlarının çatdırılması barədə müqavilələri imzalayıb. İki həftə əvvəl isə Poroşenko Ukraynaya silahların çatdırılması ilə bağlı Avropa Birliyinin rəsmi embarqosunun ləğv olunduğunu və Kiyevin Avropa Birliyinin 11 ölkəsi ilə müvafiq müqavilələr bağladığını söyləyib.
Poroşenko qeyd edib ki, əgər Donbas hövzəsində hərbi əməliyyatlar yenidən başlayarsa, Ukrayna ordusu hücum silahlarını heç bir problem olmadan alacaq və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların yeni paketini qəbul edəcək.
Bu ilin fevralında isə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna hakimiyyəti xaricdən silah alır. Amma Rusiya lideri həmin ölkələrin adlarını dəqiqləşdirməyib.
Ömər Dağlı
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova