Almaniya səfirliyi Stalinin büstündən imtina etdi
Bizi izləyin

Dünya

Almaniya səfirliyi Stalinin büstündən imtina etdi

Almaniyanın Rusiyadakı səfirliyi kommunistlərın onlara hədiyyə verdiyi Stalinin büstündən imtina edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Kommunist Partiyasından olan deputatlar və partiya fəallarının hədiyyə olaraq gətirdiyi Qələbə Bayrağının surəti qəbul olunsa da, alman diplomatları Stalinin büstünü götürməyiblər

Kommunistlər Stalinin büstünü səfirlik binasının pəncərəsinin altına qoyublar.

Kommunist Partiyasından verilən məlumata görə, partiyanın fəalları mayın 9-da Qələbə Paradında iştirakdan imtina edən Avropa ölkələrinin hamısının diplomatik missiyaları qarşısında etiraz aksiyaları keçirəcək. Həmin səfirliklərə də Qələbə Bayrağının surəti və Stalinin büstünün hədiyyə verilməsi planlaşdırılır. Qeyd edək ki, Qələbə Paradında Almaniya ilə yanaşı, Polşa, Latviya, Litva, Çexiya, Ukrayna, Estoniya, Avstriya, Bolqarıstan və Serbiya iştirak etməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm