Dünya
8 yaşlı oğlanı çamadanda qaçırdılar - FOTOLAR
Abu adlı 8 yaşlı oğlanı İspaniyadan Mərakeşə çamadanın içində gətiriblər. Onu İspaniyadan Mərakeşə isə 19 yaşlı qız gətirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çamadan rentgen yoxlanışından keçərkən içərisində 8 yaşlı oğlan aşkarlanıb. Polislər çamadanı açarkən oğlan pis vəziyyətdə olub.
Fil Dişi Sahilindın olan oğlan hazırda Seutada nəzarətdə saxlanılır.
İspaniya mətbuatının verdiyi məlumata görə, qızın uşağa heç bir aidiyyəti olmayıb. Abunu ölkədən çıxarmağı oğlanın atası tapşırıb. Belə ki, Abunun atası Kanar adalarında yaşayır və oğlu ilə görüşmək istəyib. Oğlanın atası vətəni Fil Dişi Sahilinə qayıdaraq oğlunu özü ilə aparmaq istəyib. Bunun üçün o, kuryer qız taparaq oğlunu aparmaq müqabilində ona pul ödəyib. Özü isə İspaniyaya məxsus Seuta anklavının sərhədini keçməyə çalışarkən saxlanılıb.
Qeyd edək ki, Seuta İspaniya anklavıdır və Aralıq dənizində Mərkakeş yaxınlığında yerləşir. Anklav ərazi 6 metrlik hasarla əhatə olunmasına baxmayaraq, minlərlə miqrant Avropaya keçmək üçün hasarın üstündən tullanır.
Nura
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər