Dünya
Yeni Maydan bu Avropa ölkəsində hazırlanır
“ABŞ Makedoniyada yeni Maydan hazırlayır”.
Axar.az xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib. Mətbuatın iddiasına görə, Vaşinqton bununla ölkədən keçməsi nəzərdə tutulan “Türk axını”na mane olmağa çalışır: “Keçən həftə Makedoniyada sərhədi keçməyə çalışan alban terrorçularla döyüş oldu. Döyüşlərdə polislərdən beş, terrorçulardan isə 14 nəfər həyatını itirdi. Bunun fonunda Makedoniyanın paytaxtı Skopyedə qeyri-qanuni dinləmə ilə bağlı skandal yaşandı və xarici QHT-lərin nümayəndləri küçəyə çıxdılar. Bundan sonra isə Makedoniyanın Baş naziri Nikola Qruyevski gizli dinləmələrə görə iki naziri istefaya göndərdi.
Görünür, Makedoniyada da Şərqi Avropaya xas olan narıncı inqilabların ilkin dalğası artıq başlayıb. Müxalifət və hökumət bir-birini ölkədə qeyri-stabillik yaratmaqda günahlandırırlar. Nümayişçilər baş nazir istefaya gedənə qədər küçələrə çıxacaqlarını deyirlər. Ekspertlər isə ölkədəki qeyri-stabilliyin qəflətən başlamasının əsas səbəblərindən birinin “Türk axını”nın bu ölkədən keçməsinin olduğunu deyirlər. ABŞ “Qazprom”a burada istənilən yolla mane olmağa hazırdır. Yaxın gələcəkdə isə bu iki milyonluq kiçik ölkə hətta müharibənin də ağuşuna atıla bilər”.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək