Dünya
ŞOK: Baş nazir həmcinsi ilə evləndi - FOTO
Lüksemburqun baş naziri həmcinsi, Belçikadan olan memarla nikaha daxil olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Lüksemburq hersoqluğunun hökumətinə başçılıq edən 42 yaşlı Ksavye Bettelya həmcinsi 36 yaşlı Qotye Destne ilə bu gün ailə qurub. Toy Lüksemburqun şəhər ratuşasında baş tutub. Mərasimə mətbuat nümayəndələri buraxılmayıb. Bettelyenin yaxın dostlarından birinin verdiyi məlumata görə, cütlük toyun pozitiv abu-hava şəraitində keçməsinin tərəfdarıdır və heç nəyi nümayiş etdirmək niyyətində deyil.
Nikah mərasiminə 600 nəfər qonaq dəvət edilib. Qonaqlar arasında Belçikanın baş naziri Şarl Mişelin də iştirakı gözlənilir.
Bununla da, 2013-cü ildən etibarən Lüksemburqda baş nazir postunu tutan və seksual oriyentasiyasını gizlətməyən Bettel, homoseksual nikaha daxil olan Avropa İttifaqında birinci, dünyada isə ikinci lider olacaq.
Qeyd edək ki, homoseksual nikaha daxil olan ilk lider Yohanna Siqurdottir olub. Belə ki, 5 il bundan qabaq İslandiyada baş nazir postunu tutan Yohanna Siqurdottir həmcinsi ilə ailə həyatı qurmaqla tarixə düşüb. Bettel və Destne isə 2010-cu ildən etibarən bir yerdə yaşayır.
Nura
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO