Dünya
Kadırov: "Arvadlarınızı Whatsapp-dan uzaq tutun"
Çeçenistan prezidenti Ramzan Kadırov çeçen kişilərinə
çağırış edib.
Çeçen prezident bu barədə yerli telekanallardan birinin qonağı
olarkən vətəndaşlarına xüsusilə gənclər tərəfindən ən çox istifadə
edilən "WhatsApp"dan uzaq durmağı məsləhət görüb.
O, ötən günlərdə mübahisəli nikah mərasimi haqqında məlumatın
məhz “WhatsApp” vasitəsilə yayıldığını vurğulayaraq, kişilərə həyat
yoldaşlarını bu tətbiqdən uzaq saxlamağa çağırıb.
“Ailə qüruru vacib bir amildir. Belə şeyləri "WhatsApp"
vasitəsilə yayıb paylaşmayın. Kişilər, öz qadınlarınızı
"WhatsApp"dan uzaq tutun və əsl çeçen kimi davranın”, – deyə
R.Kadırov bildirib.
Çeçen lider bir neçə ay əvvəl isə həmyerlilərinə uşaqlarını bu
tətbiqdən uzaq saxlamağı tapşırmışdı.
Qeyd edək ki, R.Kadırov bir müddət əvvəl Rusiya qanunlarına zidd olaraq əvvəllər evli olan polis rəisinin 17 yaşlı qızla evlənməsini dəstəkləmişdi. Şənbə günü 47 yaşlı polis rəisi Nazhud Qucigovla evləndiyi deyilən 17 yaşlı Xeda Qoylabiyevanı evdən qovmasına dair xəbər dolaşmağa başlamışdı. Ramzan Kadırov isə özünün şəxsi "İnstagram" hesabından cütlüyün fotosunu paylaşaraq belə bir post paylaşmışdı: "Qızın ailəsi bu evliliyə razılıq verib".
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb