Dünya
“Poroşenko həmin gün ölməli idi” – ŞOK İDDİA
Ukrayna prezidenti Pyotr Poroşenkoya inaqurasiyası günündə sui-qəsd hazırlanıb.
Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Zvezda” kanalına prezident mühafizəsinin başçısı Valeri Geletey danışıb.
Onun sözlərinə görə, həmin gün prezident kortejinin hərəkət etdiyi yolda mismarlar və partlayıcı maddə ilə dolu vedrə tapılıb. Vedrə Prezident Administrasiyasının binasında hasarda bərkidilmişdi. Partlayıcı qurğu uzaqdan mobil telefonun siqnalı ilə partladılmalı idi.
Valeri Geleteyin sözlərinə görə, vedrə yalnız təsadüf nəticəsində tapılıb. Vedrəni hasara bağlayan naməlum şəxs qaçmaq istəyərkən mühafizəçi kolların xışıltısını eşidib. Bundan sonra mühafizəçilər ərazidə axtarış aparıblar və partlayıcı dolu vedrə tapıblar. Cinayətkarın taleyi haqqında isə informasiya yoxdur.
Qeyd edək ki, Pyotr Poroşenkonun inaqurasiyası mərasimi Ali Radanın binasında 7 iyun 2014-cü il tarixində keçirilib. Həmin gün Prezident Administrasiyası yaxınlığında avtomobil partladılıb. Sürücü yaralanıb.
Ömər Dağlı
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO