Ərdoğan-Özəl görüşündəki bu detal DİQQƏT ÇƏKDİ - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Ərdoğan-Özəl görüşündəki bu detal DİQQƏT ÇƏKDİ - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli Ədalət və İnkişaf Partiyasının (AK Parti) Baş Qərargahında qəbul edib.

Publika.az xəbər verir ki, görüş zamanı salonda boş qalan oturacaq diqqət çəkib.

Belə ki, görüş zamanı Ərdoğanın oturacağı ortada, Özələ isə sağda yer verilib. Özəllə üzbəüz oturacaq boş qalıb. Bildirilib ki, bu oturma tənzimləməsi Ərdoğanın prezident postunda olduğu üçün xüsusi olaraq seçilib.

CHP sədri əyləşmə üslununu tənqid edib. Ərdoğan isə dyib ki, MHP sədri Dövlət Baxçalı gəldiyi zaman da belə otururuq.

Türkiyə lideri bunu kompensasiya etmək üçün CHP-nin qərərgahına təşrif buyuracağını deyib, Özel isə bundan məmnun olacağını bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm