Münaqişə həll olunsa ... – ARAŞDIRMA
Bizi izləyin

Dünya

Münaqişə həll olunsa ... – ARAŞDIRMA

“RAND Corporation” tədqiqat şirkətinin ekspertləri Fələstin dövlətinin tanınmasından sonrakı dövrdə İsrailin gəlirini hesablayıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar “iki xalq üçün iki dövlət” prinsipi üzrə Fələstin-İsrail münaqişəsinin həllindən sonra İsrailin on il ərzində 120 milyard dollardan çox qazanacağını bildiriblər.

Öz növbəsində analoji vaxtda Fələstin 50 milyard dollar qazanacaq və ölkənin ümumi daxili məhsulu adambaşına təxminən 36 faiz artacaq.

Digər tərəfdən, vəziyyət kəskinləşəcəyi halda İsraili on ildə təxminən 250 milyard dollar itki gözləyir. Fələstində isə ümumi daxili məhsul 46 faiz azalacaq. Tədqiqat qrupunun rəhbəri Çarlz Raysanın sözlərinə görə, “iki xalq üçün iki dövlət” qərarı hər iki tərəf üçün ən əlverişli həll variantıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm