Dünya
Şok iddia: Snoudenin kəşfiyyat sənədləri Rusiya və Çinin əlinə keçdi
Rusiya və Çin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenın əlindəki sənədlərə girişi təmin edib.
Publika.az xəbər verir ki, belə bir iddia ilə “The Sunday Times” qəzeti çıxış edib.
Qəzet xəbəri verərkən İngiltərənin Baş nazirlik, daxili işlər və təhlükəsizlik orqanlarındakı mənbələrə istinad edib. Nəşrin xəbərinə görə,İngilis kəşfiyyatı MI6 bu hadisədən sonra agentlərini “düşmən niyyətli ölkələr”dəkiəməliyyatlardan geri çəkib.
Qeyd edilir ki, Kreml Snoudenin əlində olan 1 milyondan çox gizli sənədə girişi təmin edib.
Kompüter mütəxəssisi olan Edvard Snouden NSA-da sistem idarəçisi kimi çalışıb. O, 1,7 milyondan çox gizli sənədin surətini çıxararaq onları jurnalistlərə ötürüb. Bu sənədlərin xəbərləşməsi ilə bütün dünya NSA və ingilis kəşfiyyatının dinləmə fəaliyyətindən xəbər tutub.
ABŞ-da barəsində axtarış qərarı olan Snouden Rusiyaya sığınıb. Snouden “New York Times” nəşrinə 2013-ci ilin oktyabr ayında verdiyi açıqlamasında kəşfiyyat sənədlərini özü ilə götürmədiyini bildirmişdi. Snouden rusların, yaxud da çinlilərin hər hansı bir sənədi ala ehtimalının sıfır faiz olduğunu söyləmişdi.
Ömər Dağlı
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi