Dünya
Sabiq prezident: “Qərb bizi satdı”
Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində Qərbi ittiham edir.
Publika.az xəbər verir ki, sabiq dövlət başçısı Qərbin Ukraynanı dəstəkləmədiyini bildirib.
Ukraynada əhalinin xeyli hissəsi tərəfindən Putinin dəstəkləndiyini etiraf edən Yuşenko ölkəsində vətəndaş müharibəsinin getdiyi barədə deyilənlərlə razılaşmadığını vurğulayıb: “Donbasdakı silahlı konflikt Ukrayna ilə Rusiya arasındakı münaqişədir. Ukrayna hərbçiləri və mülki şəxslər təcavüzə qarşı mübarizə aparırlar. Əlbəttə, Ukraynada Putini dəstəkləyənlər də var, çünki biz 350 il Rusiyanın koloniyası olmuşuq. İnsanlar müxtəlif baxışlara sahib olmaq hüququna malikdirlər. Amma Ukraynanın gələcəyi Avropadadır. Ukraynalıların 77 faizindən çoxu Avropaya inteqrasiyanı dəstəkləyir, 47 faizindən çoxu isə NATO-a daxil olmaq istəyir. Putin tanklarla Ukraynaya gəlir və bizə bizim necə yaşamalı olduğunu deyir. Əlbəttə, bu qəbuledilməzdir. Problemlər bu cür həll edilmir”.
Keçmiş prezidenti Qərbin Ukraynanın “satdığını” dilə gətirib: “Konkret danışacağam, məndə dərin hiss var ki, bizi satdılar. Mən şəxsən məyus olmuşam. Putin Ukraynaya 600 tank, minlərlə zirehli avtomobil daxil etdi. Ukrayna 10 min dinc sakinini itirdi, 50 min nəfər yaralandı, 1,2 milyon insan ölkədaxili qaçqına çevrildi. Və nəhayət, ərazi bütövlüyü pozuldu. Rusiya ilə yanaşı, ABŞ və Böyük Britaniya 1994-cü ildən nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə dəstək verdilər. Dünyanın yaddaşının bu qədər az olması bizdə məyusluq yaradır”.
Ömər Dağlı
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 7 May 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"