Dünya
Dünyanın ən sülhsevər ölkəsi
“The Economist Intelligence Unit” təşkilatı dünyada ən sülhsevər ölkələrin reytinqini dərc edib. Bu siyahıya daxil edilmiş 162 dövlət arasında Çex Respublikası 10-cu yeri tutub. Xatırladaq ki, 2014-cü ildə Çexiya həmin siyahıda 11-ci yeri tuturdu. 2015-ci ildə ən sülhsevər dövlət isə İslandiya hesab edilib.
2007-ci ildən etibarən hər il tərtib olunan bu reytinqdə dövlətlər onlarca meyar əsasında qiymətləndirilir: son bir neçə ildə ölkənin iştirak etdiyi müharibələrin sayı, həlak olmuş əsgərlərin sayı, hərbi ehtiyaclar üçün ayrılan vəsaitin həcmi, həmhüdud dövlətlərlə münasibətlər, vətəndaşlar arasında qarşılıqlı etimad, silahların əhali üçün əlyetərli olub-olmaması və s.
Sülhsevərlik reytinqi ən yüksək olan dövlətlərin birinci onluğunu Çex Respublikası qapayır. İlk onluğa Danimarka, Avstriya, Kanada, Yaponiya da daxildir. ABŞ 94-cü, Rusiya 152-ci yeri tutur.
Ölkələrin sülhsevərlik dərəcəsini göstərən reytinq siyahısında sonuncu yeri Suriya tutur. Bu siyahıda axırıncı onluğa İraq, Somali, Şimali Koreya və Pakistan da daxildir.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”