Dünya
İrəvandakı ixtişaşların gizli görüntüləri - FOTOLAR/ VİDEO
İrəvanın Baqramyan prospektində elektrik enerjisi
tariflərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etiraz
aksiyasının yeni görüntüləri yayımlanıb.
İyunun 23-də İrəvanın mərkəzində baş verən qarşıdurmalar zamanı polislər jurnalistlərin lentə aldığı görüntüləri götürüb. Təkcə "Epress.am" saytının 3 kamerası sıradan çıxarılıb. Onlardan ikisi yararsız vəziyyətə düşsə də, erməni jurnalistlər digər cihazdakı görüntüləri bərpa edə bilib.
Polisin yayımlanmasını istəmədiyi görüntüləri ictimaiyyətə təqdim
edən sayt, paytaxt mərkəzində baş verən vəhşiliyi gözlər önünə
sərib. Çəkiliş zamanı polis əməliyyatı açıq-aydın lentə alınıb.
Görüntülərdən polisinin dinc əhaliyə necə divan tutduğu əyani
görünür. Su şırnaqları vasitəsi ilə aksiya iştirakçılarına müdaxilə
edən təhlükəsizlik qüvvələri mitinqi dağıtmağa çalışıb. Polis
əməkdaşları zor tətbiq etməklə insanları meydandan qovmağa və bəzi
fəalları saxlamağa başlayıb.
Görüntülərdən də aydın olduğu kimi çəkiliş aparan jurnalistlər
saxlanılıb və zorla aparılıb. Kameraları sındıran polislər
jurnalistləri təhqir etməkdən də çəkinməyiblər. Mülki şəxslərə
qarşı amansızlıq nümayiş etdirən polis və xüsusi təyinatlılar əsl
vəhşiliklərini göstəriblər.
Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da
İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin
qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gündə davam edən
mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə
etmiş və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq
saxlayıb.(anspress)
-
Sosial21:05
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi