Dünya
ABŞ-da insan ovu: biri ölü, digəri yaralı
ABŞ-da başlayan insan ovu bir məhkumun ölü, digərinin isə 23 gün sonra yaralı olaraq ələ keçirilməsi ilə başa çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York ştatındakı Klinton həbsxanasından bu ayın əvvəlində qaçan iki məhbusdan biri - 35 yaşlı Devid Svit yaralı olaraq ələ keçirilib.
Hazırda xəstəxanada müalicə olunan Svitin vəziyyətinin kritik olduğu açıqlanıb. Nyu-York ştatınım qubernatoru Endrü Kuomon kabusun, nəhayət, başa çatdığını bildirib.
İyunun 27-də isə həbsxanadan “əsrin qaçışı”nı təşkil edən digər məhbus 49 yaşlı Riçard Metti öldürülmüşdü.
Qeyd edək ki, cinayətkarlar həbsxanadan 5 iyun gecəsi qaçıblar. Onlar qaldıqları kameraların divarını deşərək binanın kanalizasiya sisteminə çıxmağa müvəffəq olub və nəticədə kanalizasiyanın küçəyə açılan tərəfi ilə həbsxanadan qaçmağı bacarıblar. Hesab edilir ki, qatillər həbsxananın iki əməkdaşı - 57 yaşlı Cina Pelmera və 51 yaşlı Coys Mitçellin köməyi ilə qaçıblar. Hazırda onlar həbsdədirlər. Amerika KİV-in yazdığına görə, Metti və Mitçel arasında eşq münasibətləri olub. Baxmayaraq ki, Mitçelin əri var və o, həmin həbsxanada işləyir.
Ömər Dağlı
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO
-
Yaxın Şərq11:31
ABŞ-ın yeni “qan çanağı” planının DETALLARI: Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaradır
-
ABŞ11:06
Hər şey ABŞ-Rusiya müharibəsinə aparır: Bayden bu qadağanı ləğv edir
-
Dünya10:50
Putin təsdiqlədi: Bu qədər pul Türkiyəyə bağışlandı
-
Sosial10:20
Azərbaycanın ən qorxulu kəndi: Bütün sakinlər nədən qaçıblar? - VİDEO
-
Sosial09:48
Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal