Dünya
Nümayişçilər Sərkisyanın təklifini rədd etdilər
Ermənistan prezidenti Serj Sərkisyanın “Ermənistanın Elektrik Şəbəkəsi” şirkətinin auditə cəlb edilməsi ilə bağlı təklifi nümayişçilər tərəfindən rədd edilib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyasının iştirakçıları Sərkisyanın təklifini qaneedici hesab etməyərək aksiyanı davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, Sərkisyanla Ermənistan prezident administrasiyası iqtisadi məsələlər üzrə Rusiya-Ermənistan hökümətlərarası komissiyanın həmsədri, Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun görüşündə “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin auditi cəlb edilməsi barədə razılıq əldə olunub. Auditin üç aydan altı aya qədər davam edəcəyi bildirilir.
Bütün bu vaxt ərzində elektrik enerjisi tariflərin artımı əhaliyə maddi yardım kimi veriləcək. Deyilənə görə, auditin əsas hədəfi tariflərin artımının iqtisadi əsaslandırılmasını yoxlamaqdır. Artım əsaslandırılmasa, hökümətin kompensasiyalar üçün xərclədiyi bütün vəsaitlər “Ermənistanın Elektrik Şəbəkəsi” şirkətindən alınacaq.
Etiraz aksiyasının iştirakçıları isə artımın tamamilə ləğvini tələb edirlər. Aksiyaya qatılanların sayı isə getdikcə artır. Dünən aksiyaya rekord sayda – təxminən 20 min insanın qatıldığı bildirilir.
Ömər Dağlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO