Dövlət Bağçalı AKP-nin namizədini qalib elan etdi
Bizi izləyin

Dünya

Dövlət Bağçalı AKP-nin namizədini qalib elan etdi

Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı son bəyanatı ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə seçkilərdə Ədalət və İnkişaf Partiyasının qələbəsinə zəmanət vermiş oldu.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP sədri namizədinin dördüncü tura qalmayacağı halda, heç bir partiyanın namizədini dəstəkləməyəcəklərini deyib.

“Dördüncü tura bizim namizədimiz qalmasa, səksən etibarsız səsimiz olacaq”, - Bağçalı bildirib.

Qeyd edək ki, dünən TBMM-nin sədrliyinə seçkilərin ilk iki turu keçirilib. Partiyaların namizədlərinin heç biri ilk iki tur üçün lazım olan 367 səsi qazana bilməyib. Bu gün keçiriləcək üçüncü turda isə 276 səsə ehtiyac olacaq. Üçüncü turda da hansısa namizədin lazım olan səsi toplayacağı inandırıcı görünmür. Dördüncü turda isə üçüncü turda ən çox səs qazanan iki namizəd iştirak edəcək və adi səs çoxluğu əldə edən namizəd sədr seçiləcək.

MHP-nin dördüncü turda heç bir namizədi dəstəkləməməsi parlamentdə 258 mandata sahib olan AKP-nin namizədini qalib edəcək.

Seşkilərdə İsmət Yılmaz AKP, Dəniz Baykal CHP, Dengir Mir Mehmet Firat HDP, Ekmeleddin İhsanoğlu isə MHP-nin namizədidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm