Dünya
Zorlanan qadın hökumətdən müavinət tələb edir
Koreyalı Li Ok-Sun yaşlı qadındır və təhlükəsiz ölkədə yaşamağına baxmayaraq, hələ də küçəyə çıxmaqdan qorxur. Axı 15 yaşı olanda işdən evə dönərkən hərbiçilər tərəfindən qaçırılaraq əxlaqsızlıq yuvasına aparılıb.
Publika.az Le Ok-Sunun həyat hekayəsini təqdim edir.
Hazırda 87 yaşı olan Li 3 il cinsi istismara məruz qalıb. Müharibə illərində qadın gün ərzində 50 yapon əsgərinə “xidmət” göstərməli olub. Li cinsi istismara məruz qalan 200 min qadından sağ çıxan az saylı insanlardan biridir. 1932-1945-ci illərdə müharibə dövründə əsgərlərin əyləncəsi üçün qadınlar adətən Koreya yarımadasından gətirilərdi.
İkinci Dünya Müharibəsi illərində Yaponiya İmperiyasının ordusunda seksual təhqirlərə məruz qaldığı üçün 87 yaşlı Li, Yaponiya hökumətinə qarşı iddia qaldıraraq 26 milyon dollar müavinət tələb edir.
Onunla yanaşı əxlaqsızlıq yuvasından xilas olan 11 qız da Yaponiya hökumətindən hərəsi 3 milyon dollar tələb edir. Li puldan daha çox Yaponiya qoşunlarının ona qarşı etdiyi seksual təhqirləri bütün dünyaya bəyan etmək istəyir. Bundan əlavə, Li mənəvi zərərə görə, Yaponiya hökumətinin ondan üzr istəməsini də tələb edir.
Li həmin günü belə təsvir edir: “Onlar mənim əllərimi bağlayıb zorla maşının içinə itələdilər”. Bundan sonra, Li Çin-Yaponiya sərhədinə aparılıb. 15 yaşlı Li orada hər gün zorakılığa və təhqirlərə məruz qalan 5 qızla saxlanılıb. Li seksual zülmlərdən başqa işgəncələrə də məruz qalıb. O, dəfələrlə yüksək çinli məmurlar tərəfindən ölümlə hədələnib, döyülüb. Əxlaqsızlıq yuvasında saxlanılan qızlara sifilis virus əleyhinə iynə vurulduğu üçün onlar heç vaxt övlad dünyaya gətirə bilməyiblər. Ona görə də, hazırda Seulda yaşayan Li övladsızdır və tənha yaşayır.
O deyib: “Hər gün davam edən döyülmələrə görə görmə, eşitmə qabiliyyətimi, dişlərimi itirmişəm. Mən ac idim və kifayət qədər geyim olmadığı üçün soyuqdan donurdum. Ona görə də, oradan qaçmaq qərarına gəldim. Lakin yenidən tutuldum”.
Yaponiya hökuməti isə öz növbəsində seksual istismara məruz qalan qadınların öz istəkləri əsasında və pul müqabilində xidmət göstərdiyini deyir. Hazırda İkinci Dünya Müharibəsi illərində seksual kölə kimi saxlanılan qadınların yaşı 90-dan artıqdır və onların sayı 49 nəfərdir. Qadınlar hələ də, ədalətin qalib gələcəyinə ümid edirlər.
Nura
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ