Dünya
“Ərəb Baharı”nın müəllifi Fransadan siyasi sığınacaq istədi
2010-cu ildən ABŞ-ın diplomatik sənədlərini mətbuata sızdıraraq dünyanın gündəmini zəbt edən “WikiLeaks” saytının qurucusu Culian Assanj Fransadan siyasi sığınacaq istəyib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Assanj bu məqsədlə Fransa prezidenti Fransua Ollandın adına açıq məktub yazıb.
Məktub bu gün – Assanjın doğum günündə Fransanın “Le Monde” nəşrində dərc edilib. “WikiLeaks”ın qurucusu iddia edib ki, Amerika hakimiyyəti onu jurnalist fəaliyyətinə görə təqib edir.
“Yalnız Fransa siyasi təqiblərə qarşı lazımi müdafiəmi təşkil edə bilər. Cənab prezident, həyatım təhlükədədir. Mən yalnız psixoloji deyil, həm də fiziki təhdid altındayam”,- Assanj qeyd edib.
Qeyd edək ki, “Wikileaks”ın qurucusu 3 ildir Ekvadorun İngiltərədəki səfirliyində sığınacaq alıb. Assanj “Ərəb Baharı”nın “Wikileaks” saytının sayəsində baş verdiyini iddia edir.
Ömər Dağlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ