TRT-nin əməkdaşı snayperlə vuruldu – VİDEO
Bizi izləyin

Dünya

TRT-nin əməkdaşı snayperlə vuruldu – VİDEO

Türkiyənin TRT kanalının əməkdaşları – “Yeni Rota” proqramının aparıcısı Adəm Özköse və rəhbərlik etdiyi qrup Suriyada hücuma məruz qalıblar.

Publika.az xəbər verir ki, Adəm Özköse və müxalifətin “Şam Cəbhəsi” təşkilatının üzvü Əbu Mustafa snayper atəşi nəticəsində yaralanıb.

Qeyd edək ki, Adəm Özköse vətəndaş müharibəsinin başlanmasından bu yana Suriyadan reportajlar hazırlayır. O, operator Hamit Coşğun ilə birlikdə 2012-ci ildə sənədli filmin çəkilişi üçün getdiyi Suriyanın İdlib vilayətində rejim gücləri tərəfindən qaçırılıb. Onlar paytaxt Dəməşqdəki bir həbsxanada 70 gün saxlanıldıqdan sonra əsir mübadiləsi razılaşmasına uyğun olaraq azad ediliblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm