Dünya
Avrozonanın 7 ölkəsini Yunanıstanın taleyi gözləyir - SİYAHI
Yunanistan xalqının referendumda Avropa Birliyinə (AB) “qırmızı kart” göstərməsi gözləri xarici borcu ümumi daxili məhsulundan (ÜDM) çox olan 7 AB ölkəsinə çevirdi.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, AB Yunanıstanın 19 üzvü olan avro bölgəsinin zəncirini dağıda biləcək “ən zəif halqa” olacağından qorxur.
Avropanın ən zəif iqtisadiyyatlarından biri olan Yunanıstandakı böhran belə AB-ni silkələmək üçün kifayət edir. Əsas narahatlıq ondan ibarətdir ki, Yunanıstandakı maliyyə böhranı “domino effekti” yarada bilər.
Avro bölgəsində Yunanıstandan sonra ÜDM-ə nisbətdə xarici borcu ən yüksək olan ölkə İtaliyadır. İtaliyanın borcu ÜDM-in 132,1 faizi qədərdir. Müvafiq göstəricidə İtaliyanı Portuqaliya (130,2 faiz), İrlandiya (109,5 faiz), Kipr (107,1), Belçika (105,6 faiz), İspaniya (97,7 faiz) və Fransan (95,1 faiz) izləyir.
Qeyd edək ki, Yunanıstanın ümumi borcu 323 milyard avrodur. Borcun 60 faizi isə avro bölgəsinə olan borcdur.
Ömər Dağlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ