Sabah 20 dərəcə şaxta olacaq
Bizi izləyin

Ekologiya

Sabah 20 dərəcə şaxta olacaq

Yollar buz bağlayacaq.

Sabah, fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm