Ekologiya
Çaylarda son durum
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun
səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su
sərfi 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir.
2016-cı ildə isə bu rəqəm 100 m3/s olmaqla ongünlük normanın 65
faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma
müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40,5 m3/s olmaqla,
ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu
göstərici 105 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə
bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm
dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan
məntəqəsində 2, Salyanda 3 sm azalma, Araz çayının Novruzlu
məntəqəsində 3 sm artım qeydə alınıb, Bankədə isə suyun
səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2016-cı il
iyulun 21-də 357 sm), Şirvanda 163 sm, Salyanda 77 sm (2016-cı il
iyulun 21-də 127 sm), Bankədə 167 sm (2016-cı il iyulun 21-də 185
sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2016-cı il
iyulun 21-də 68 sm) təşkil edir.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi