Ekologiya
Nazirlik tikinti şirkətinə məcburi göstəriş verdi
Nəsimi rayonu, Cavadxan küçəsi 68 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 9 sot torpaq sahəsinin hasara alındığı və hasar daxilində yaş köküstə 8-40 sm diametrində 12 ədəd müxtəlif cinsli ağacın olduğu müəyyən olunub. Ağacların zədələnməsi və kəsilməsi faktı aşkar edilməyib.
Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün “Fidan” MTK-ya ayrıldığı məlum olub.
Mövcud vəziyyətlə bağlı şikayətçilərin iştirakı ilə qanunamüvafiq qaydada akt tərtib edilib və ərazidəki ağacların qorunub mühafizə olunması üçün “Fidan” MTK-ya icrası məcburi olan “məcburi göstəriş” verilib.
ETSN ağacların kəsilməsinin qarşısının alınmasında təşəbbüs göstərərən vətəndaşlara və KİV-lərə təşəkkürünü bildirir, qabaqlayıcı tədbirlərin görülməsi üçün ictimaiyyət nümayəndələrindən dəstək gözləyir.
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?