Ekologiya
Havaya atılan tullantıya görə zavod cəzalandı
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti araşdırma və monitorinq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib. Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin dekabr ayında zavod barəsində akt, protokol tərtib olunmuş və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi. Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı rayon məhkəməsinə göndərilib.
-
İdman09:06
Fernandu Santuş istefaya göndərildi: Yerinə görün kimi gətirirlər
-
Sosial08:55
Qubada 102 min manatlıq dələduzluq: saxlanılanlar var
-
Dünya08:48
Təqaüdçü ona hücum edən timsahın GÖZLƏRİNİ ÇIXARDI
-
Dünya08:00
Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO