Daha ayılar qış yuxusuna gedə bilmir - İnanılmaz səbəb
Bizi izləyin

Ekologiya

Daha ayılar qış yuxusuna gedə bilmir - İnanılmaz səbəb

Rusiya Federasiyasının Amur vilayətində yarıyuxulu ayılar qış yuxusuna getməyə hazır şəkildə gəzirlər, lakin anomal yüksək temperatur onlara bunu etməyə imkan vermir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyalı alimlər məlumat verib.

Sibirdəki ayılar "qış yuxusu rejimində" gözləmək üçün kifayət qədər yağ toplayıblar, lakin çox isti hava onlara bunu etməyə mane olur. Baxmayaraq ki, bu heyvanlar bir ay əvvəl qış yuxusuna getməli idi. Əsasən ayılar oktyabrın sonunda yatırlar. Ayılar adətən qışı yuvalarında yataraq keçirirlər və yazda yemək tapmaq imkanı olanda çölə çıxırlar. Digər qış yuxusuna gedən heyvanlardan fərqli olaraq, ayılar qış yuxusuna nə vaxt gedəcəklərinə qidanın mövcudluğu və havanın temperaturu kimi müxtəlif təbii siqnallara əsasən qərar verirlər.

Bu payızda Çinlə həmsərhəd olan Amur bölgəsində anomal yüksək temperatur müşahidə olunub. Elə bu səbəbdən də ayılar hələ də yuvalarının yaxınlığında gəzirlər.

ABŞ-ın Alyaska Universitetindən Oyvind Toyenin sözlərinə görə, anomal yüksək temperaturla yanaşı, onların yuvalarında olan nəmlik də ayılara mane ola bilər. Yaş, qarlı şəraitdə yüksək temperatur ərimiş suların yuvalara daxil olmasına səbəb ola bilər ki, bu da ayıların rahat qış yuxusuna getməsinə mane olur.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm