İtlərlə bağlı yeni araşdırma: bu cinslərin ömrü daha uzun olur
Bizi izləyin

Ekologiya

İtlərlə bağlı yeni araşdırma: bu cinslərin ömrü daha uzun olur

İngiltərədə yarım milyondan çox itlə bağlı məlumatların araşdırılıb. Məlum olub ki, itlərin orta ömrü ilə burun uzunluğu, bədən ölçüləri və cinsiyyətləri arasında əlaqə olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, ingilis tədqiqatçılar itlərin orta ömrünü hesablamaq üçün ölkədəki 584 min 734 itin damazlıq məlumatları, nəsil, bədən ölçüləri, cinsi və kəllə indeksləri ilə bağlı məlumatları araşdırıb.

Məlumat toplusunda 155 it cinsinə əlavə olaraq qarışıq cinsləri də nəzərə alan tədqiqatçılar onların daha sağlam olmadığını və saf cinslərin orta ömrünün daha uzun olduğunu müəyyən ediblər.

Tədqiqat nəticələri göstərib ki, uzunburunlu itlər düz üzlü itlərdən, dişilər erkəklərdən, orta və kiçik ölçülü itlər isə böyüklərdən daha uzun yaşayır.

Ən məşhur uzunburunlu it cinsləri olan Labrador Retriever və Border Collie-nin orta ömrü 13 ildən çoxdur. Şiba İnu, Papillion və İtalyan Tazıları 14 il ilə ən uzun ömürlü it cinsləri sıralarındadır.

Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm