Yüzlərlə balina sahilə çıxdı: Xilasetmə əməliyyatı başladı
Bizi izləyin

Ekologiya

Yüzlərlə balina sahilə çıxdı: Xilasetmə əməliyyatı başladı

Avstraliyanın qərbində 100-dən çox balina sahilə çıxıb. Vəhşi təbiəti mühafizə qrupları onlardan 29-nun öldüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, 100-dən çox balinanın sahilə çıxması xəbərini alan vəhşi təbiət zabitləri, dəniz alimləri və baytarlar Qərbi Avstraliya əyalətindəki Toby's Inlet çimərliyinə gediblər. Mütəxəssislər təxminən 500 metr sahil zolağı boyunca 160 balinadan ibarət sürünü aşkar etdiklərini deyiblər. Həmçinin əlavə ediblər ki, sahildən 1,5 km uzaqlıqda 20 balina sürüsü və 110 balinadan ibarət başqa bir sürü də aşkar edilib.

"Komandamız təhlükəsiz şəkildə müdaxilələr edir. Balinalara uyğun hərəkət etmək üçün hər cür səy göstəririk. Çimərlikdə olan balinaların vəziyyətini qiymətləndiririk”, - deyə rəsmilər bildiriblər.

Qeyd edək ki, keçən il də belə oxşar hadisə baş vermişdi.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm