Bakıda havada tozun miqdarı KƏSKİN ARTDI
Bizi izləyin

Ekologiya

Bakıda havada tozun miqdarı KƏSKİN ARTDI

Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə edilib.

Bu barədə Publika.az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O bildirib ki, saat 19 radələrinədək havada tozun miqdarı normadan 1.5-1.7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olması qeydə alınıb. Hazırkı saatlarda tozlu hava şəraiti davam etməkdədir.

"Sabah, mayın 27-də sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb küləyinin əsəcəyi və yağış yağacağı proqnozlaşdırıldığından gün ərzində havada tozun miqdarının tədricən norma həddinə düşəcəyi gözlənilir. Qeyd edək ki, bu gün havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir", - o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm