Evlərin kirayəsi kəskin bahalaşıb: insanlar artıq otaqları icarəyə verirlər
Bizi izləyin

Sosial

Evlərin kirayəsi kəskin bahalaşıb: insanlar artıq otaqları icarəyə verirlər

İspaniyanın Madrid, Barselona, ​​Sevilya, Valensiya və Malaga kimi böyük və turistik şəhərlərində otaq kirayələri son 5 ildə artaraq 500 avroya çatıb.

Publika.az xəbər verir ki, son illərdə xeyli artan ev kirayələri təkcə tələbələri və mövsümi işçiləri deyil, tək yaşayan gəncləri və ya təqaüdçüləri də ümumi istifadədə olan (hamam, mətbəx, qonaq otağı) hüququ olan evlərdə otaqlar kirayə verməyə məcbur edir.

İspaniyada nəşr olunan araşdırmaya görə, 2023-cü ildə ispanlar aylıq maaşlarının 43 faizini ev kirayəsinə ayırıblar ki, bu da bir il əvvəlki ilə müqayisədə 2 dəfə artım deməkdir.

Bu vəziyyətə daha dözə bilməyən tək yaşayan ispanların otaq kirayə seçiminə keçdiyi, turist tələblərinin artması ilə böyük şəhərlərdə otaq qiymətlərinin əvvəllər görünməmiş həddə çatdığı bildirilir.

"Fotocasa" onlayn daşınmaz əmlak saytı son 5 ildə otaq kirayələrində 42% artım olduğunu və orta otaq kirayələrinin 500 avroya yüksəldiyini açıqlayıb.

Araşdırmalar kirayə evlərdən çox otaqların sayının gündən-günə artdığına üzə çıxrıb. Digər tərəfdən, yoxlaması daha çətin olan otaq kirayəsinin ev kirayəsindən qat-qat yüksək gəlir gətirdiyi müəyyən edilib. Madrid İspaniyada otaq kirayəsinin ən çox cəmləşdiyi şəhər kimi müəyyən edilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm