Ekologiya
Ötən gün baş verən zəlzələdən sonra əhaliyə xəbərdarlıq edildi
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Çanaqqala vilayətində 4.7 maqnitudalı zəlzələ olub. Bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 10.23 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakətin fəsadları barədə məlumat verilməyib.
Publika.az xəbər verir ki, zəlzələdən sonra seysmoloq Ahmet Ercan və Naci Görür açıqlamalar veriblər.
Seysmoloqlar xəbərdarlıq ediblər ki, ölkə səlahiyyətliləri müəyyən addımlar atmalıdırlar:
“Ölkənin demək olar ki, hər bir tikilisində problem var. İstənilən bölgədə hər an güclü zəlzələ baş verə və minlərlə insan həlak ola bilər. Bu, çox ciddi bir ehtimaldır. Buna görə də, zəlzələnin nə vaxt, harada olacağını siz yox, qoyun, alimlər düşünsün.

Siz əsas infrastruktura baxın. Şəhəri və bütün ölkəni zəlzələyə necə davamlı edə biləcəyinizi düşünün. Belə zəlzələlər zəlzələyə davamlı ölkələrdə baş verəndə, bir neçə insan təsadüfən ölür. Bizdə isə on minlərlə insan ölür. Bu bizə yaraşmır, ölkəmizi zəlzələyə davamlı etməliyik”, - deyə mütəxəssislər əlavə ediblər.
Aysel Şahmar
-
Sağlamlıq21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
































.jpg)



