Ekologiya
Bu gün yağış yağacaq
Bakıda və rayonlarda dekabrın 8-də hava şəratinin bəzi yerlərdə fasilələrlə yağışlı, qısamüddətli leysan xarakterli olacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı





































