Elm və təhsil
Nazir də Hesablama Palatasının təklifinə qarşı çıxdı
Maliyyə naziri Samir Şərifov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təklifinə münasibət bildirib.
Publika.az xəbər verir ki, S.Şərifov Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı sözügedən məsələnin hökumət qarşısında qaldırıldığını söyləyib.
Nazir deyib ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik nəzərdə tutulmur:
“Adambaşına maliyyələşmə ilə bağlı mütərəqqi iş görülüb. Dövlət ali təhsil müəssisələri tərəfindən səmərəli işlər görülür. Bu, o demək deyil ki, biz ali təhsil müəssisələrini vergiyə cəlb etməliyik. Digər ölkələrdə də ali təhsil müəssisələri qeyri-kommersiya qurumları kimi fəaliyyət göstərir. Hesab edirik ki, təhsil haqlarından toplanan vəsaitlər ali təhsil müəssisələrinin idarə olunmasına və inkişafına yönəlməlidir”.
S.Şərifov qeyd edib ki, vəsaitlərdən düzgün və səmərəli istifadə olunması baxımından ali təhsil müəssisələrində korporativ idarəetmə standartları tətbiq olunmalıdır:
“Müəyyən əhali kateqoriyalarına güzəştlərin edilməsi məsələsi də ali təhsil müəssisələrinin sərəncamına verilə bilər”.
Xatırladaq ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılacağını bildirib:
O deyib ki, dövlət ali təhsil müəssisələrinin fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb.
Vasif Həsənli
-
Magazin102:42Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Hadisə01:41Binəqədidə güclü yanğın məhdudlaşdırıldı - VİDEO/YENİLƏNDİ
-
Yaxın Şərq00:45Yüksək vəzifəli İsrail rəsmisi öldürüldü - İDDİA
-
Qoroskop00:15Günün ulduz falı - Münasibət daha dərin mərhələyə keçə bilər
-
Art17 Mart 23:40Prezidentin gəlini Buxara karvansarasının açılışında - Foto
-
Dünya17 Mart 23:36Qadına bala it cildində görün nə satdılar - Hürüməyib, burnu isə...
-
Magazin117 Mart 22:50Onların da verilişlərinin yayımı dayandırıldı
-
Region17 Mart 22:24İran ilk dəfə İsrailə qarşı bu raketdən istifadə etdi




































